İranda qum fırtınası nəticəsində 403 nəfər xəstəxanaya yerləşdirilib
Nərmin Qocamanlı
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası ilə əlaqədar 400-dən çox insan xəstəxanalara müraciət edib.
"Operativ Media" xəbər verir ki, Tasnim Xəbər Agentliyinin məlumatına görə, küləyin sürətinin 104 kilometrə çatdığı bölgədə havada tozun miqdarında ciddi artım var.
Məlumata görə, Sistan-Bəlucistan əyalətində ötən ay fırtına səbəbindən 6 gündə 1191 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma