Menyu

Yunanıstan XİN: “Türkiyə ilə danışıqlara hazırıq”

Yunanıstan XİN: “Türkiyə ilə danışıqlara hazırıq”

Yunanıstan dəniz sərhədləri ilə bağlı mübahisənin həlli üçün Türkiyə ilə danışıqlara başlamağa hazırdır.

"Operativ Media" xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis deyib.

Yunanıstanın yeni xarici işlər naziri Giorgos Gerapetritis ilk xarici səfərini Kipr Rum Administrasiyasına (KKİ) edib.

Kiprli Rum həmkarı Konstantinos Kombos ilə görüşən Gerapetrit görüşdən sonra təşkil edilən mətbuat konfransında açıqlama verib. Gerapetritis bildirib ki, Yunanıstan dəniz sərhədləri ilə bağlı uzun müddətdir davam edən mübahisəni həll etmək üçün Türkiyə ilə danışıqlara başlamağa hazırdır.

Gerapetritis bildirib ki, Yunanıstan hökuməti hazırda davam edən "müsbət şəraitdən istifadə etmək" istəyir. Beləcə, hər bir ölkənin müstəsna iqtisadi hüquqlarının, o cümlədən dənizdə neft və qazın kəşfiyyatı hüququna malik olduğu əraziləri müəyyən etmək barədə razılığa ümid edir.

Teqlər:

"Yunanıstan XİN: “Türkiyə ilə danışıqlara hazırıq”"

Əlaqəli Xəbərlər