04 İyul 2023, 20:19
Putin İranın ŞƏT-ə üzvlüyünü alqışlayıb
![Putin İranın ŞƏT-ə üzvlüyünü alqışlayıb şəkil](http://operativmedia.az/storage/posts/84a15d19e53e6e6.webp)
Rusiya prezidenti Vladimir Putin İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü alqışlayıb və alyansın bütün proseslərinə uyğunlaşmaqda Tehrana yardımın vacibliyini qeyd edib.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"İran İslam Respublikası indi təşkilatımızda tam tərkibdə iştirak edəcək. Bu münasibətlə İran prezidenti cənab İbrahim Rəisi təbrik edir və ona səmimi salamlarımı çatdırmaq istərdim", - Rusiya lideri bildirib.
“İki ildən az müddətdə iranlı tərəfdaşlarımız bütün lazımi prosedurları tamamladılar və indi bizim ortaq vəzifəmiz həmkarlarımıza ŞƏT çərçivəsində həyata keçirilən çoxşaxəli fəaliyyətlərə məhsuldar şəkildə qoşulmağa kömək etməkdir”, - Putin əlavə edib.