Avropa İttifaqından Türkiyəyə mesaj: "Biz bir-birimizdən asılıyıq"
Avropa İttifaqı (Aİ) yeni dövrdə Türkiyə ilə əməkdaşlığı inkişaf etdirmək və miqrasiyanı dəstəkləməkdə qərarlıdır.
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Genişlənmə Komissiyasının üzvü Oliver Varhelyi deyib.
Varhelyi Türkiyənin Aİ yanında Daimi Nümayəndəliyinin Brüsseldəki ofisində təşkil edilən miqrasiya idarəçiliyi sahəsində Aİ-Türkiyə münasibətləri, mövcud tendensiyalar, gələcək perspektivlər və ortaq problemlər mövzusunda yüksək səviyyəli paneldə çıxış edib.
Çıxışına prezident Rəcəb Tayyib Ərdoğanı seçki qələbəsi münasibətilə təbrik etməklə başlayan Varhelyi, Aİ-nin gələcək illərdə Türkiyədə yeni qurulan hökumət kabineti ilə işləmək üçün böyük ümidlər bəslədiyini bildirib.
"Təbii ki, bu münasibətlərin həmişə olduğu kimi bizim üçün də, Türkiyə üçün də tarixi əhəmiyyəti var və bundan sonra da olacaq. Biz bir-birimizdən asılıyıq və düşünürəm ki, bu, heç vaxt unutmamalı olduğumuz çox vacib sağlam düşüncədir. Bizim ümumi rifahımız və sabitliyimiz üçün bir-birimizə ehtiyacımız var", - diplomat qeyd edib.
Teqlər:
"Avropa İttifaqından Türkiyəyə mesaj: \"Biz bir-birimizdən asılıyıq\""