Mask Zukerberqlə qəfəs döyüşündən əvvəl məşhur güləşçi St-Pierre ilə məşq edib (FOTO)
"Twitter"in sahibi Elon Mask "Meta"nın CEO-su Mark Zukerberqin "qəfəs döyüşü" təklifini qəbul etməsindən sonra məşhur güləşçi və döyüş sənəti ustası Geroge St-Pierre ilə məşq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə kanadalı güləşçi və UFC döyüşçüsü Corc St-Pierre sosial media hesabında Mask ilə qatıldığı məşqi paylaşıb.
St-Pierre "Twitter"dəki paylaşımında Mask ilə əla məşq etdiklərini bildirib, paylaşımına məşqdən sonra çəkilmiş bir fotoşəkili əlavə edib.
Paylaşımda məşqə döyüş sənəti ustası Con Danaherin də qatıldığı görülüb.
Mask isə qəfəs döyüşü hazırlıqlarını paylaşaraq qeyd edib: “Çox əyləncəli idi! Buradan çıxan nəticəyə görə, daha çox işləməyə ehtiyacım olduğu açıq-aydın görünür”.
Teqlər:
"Mask Zukerberqlə qəfəs döyüşündən əvvəl məşhur güləşçi St-Pierre ilə məşq edib (FOTO)"