Menyu

TDT və Aİ arasında möhkəm zəmin üçün addımlar atılır

TDT və Aİ arasında möhkəm zəmin üçün addımlar atılır

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi, səfir Kubanicbek Ömürəliyev TDT ilə Avropa İttifaqı (Aİ) arasında “möhkəm zəmin” yaratmaq üçün Brüsseldə yerləşən Aİ qurumlarına səfər edib.

"Operativ Media" xəbər verir ki, qəbulda TDT-yə üzv və müşahidəçi ölkələrin səfirləri, həmçinin Aİ Komissiyası, Avropa Parlamenti, Aİ Şurasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qəbulda çıxış edən Ömürəliyev Aİ qurumlarını ziyarət edən ilk TDT baş katibi olduğunu bildirib: “Bu səfər TDT-nin regionda və beynəlxalq arenada artan siyasi rolunun göstəricisidir”.

Vəzifəsi müddətində TDT-Aİ əlaqələrinə möhkəm zəmin yaratmaq və Aİ qurumları ilə əməkdaşlıq qurmaq üçün çalışacağını bildirən Ömurəliyev əlavə edib: "AB qurumlarının üzv ölkələrimizlə güclü əlaqələr saxlamasından məmnunam. Türk dünyası və türk vizyonunun Brüsseldə çoxlu dostu və dəstəkçisi var”.

Ömürəliyev 160 milyonluq TDT əhalisinin 50 ildən sonra 200 milyona çatacağını, onların dünya iqtisadiyyatının 3 faizini təşkil etdiyini, 20-30 ildən sonra isə bunun ən azı 5 faizə yüksələcəyini bildirib.

TDT ölkələrinin enerji təchizatı və təhlükəsizliyində mühüm yer tutduğunu, Asiya ilə Avropa arasında həyati əhəmiyyətli tranzit marşrutu olduğunu xatırladan Ömürəliyev gələcəkdə bu rolun getdikcə artacağını bildirib.

Ömürəliyev, “Türk dövlətləri qlobal ərzaq və enerji təhlükəsizliyini və malların fasiləsiz təchizatını təmin etməyə hazırdır”, - deyə qeyd edib.

Teqlər:

"TDT arasında möhkəm zəmin üçün addımlar atılır"

Əlaqəli Xəbərlər