Çində baş verən daşqınlarda axtarış-xilasetmə işlərinə dronlar cəlb edilib
Çinin mərkəzi və cənub əyalətlərində günlərdir aramsız yağan leysan daşqınlara səbəb olub.
"Operativ Media" xəbər verir ki, Çinin mülki müdafiə qüvvələri axtarış-xilasetmə işlərinə dronları da cəlb edib. Kömək gözləyən sakinlərə dronlar vasitəsilə xilasedici jiletlər və kəndirlər, həmçinin qida çatdırılıb. Henan əyalətində sel aparan avtomobilin çay yatağına düşməyinə bir neçə metr qalmış dronların atdığı kəndirlər sayəsində sürüc və sərnişini son anda xilas etmək mümkün olub. Cənubda yerləşən Fucian əyalətində də pilotsuz uçan aparatlar onlarla çinlinin köməyinə çatıb. Son rəsmi məlumata görə, daşqınlar nəticəsində ölən qeydə alınmayıb.
Teqlər:
"Çində baş verən daşqınlarda axtarış-xilasetmə işlərinə dronlar cəlb edilib"