Menyu

“Taliban” Əfqanıstanda gözəllik salonlarını bağlayır

“Taliban” Əfqanıstanda gözəllik salonlarını bağlayır

Taliban rejimi Əfqanıstanın bütün əyalətlərində gözəllik salonlarının fəaliyyətinə qadağa qoyub.

"Operativ Media" bununla bağlı Fəzilətə Dəvət və Pislikdən Çəkindirmə nazirliyinin məktubu sosial şəbəkələrdə yayılıb. 24 İyun tarixindən yayılan məktubun mətnini nazirlik nəhayət ki, təsdiq edib. Lakin qadağaya səbəb və digər təfərrüatlar barədə heç bir açıqlama verilməyib. Qeyd olunub ki, bu ali lider Haybatullah Axundzadənin göstərişidir və gözəllik salonları məktubun imzalandığı tarixdən bir ay müddətində bağlanmalı və bununla bağlı səlahiyyətli orqanlara arayış təqdim edilməlidir.

Teqlər:

"“Taliban” Əfqanıstanda gözəllik salonlarını bağlayır"

Əlaqəli Xəbərlər