Fransa parlamentində hökumət üzvləri ilə bir qrup deputat arasında mübahisə olub
Fransa parlamentində 17 yaşlı gəncin polis tərəfindən öldürülməsi və ardından başlayan etirazlar müzakirə olunub.
"Operativ Media" xəbər verir ki, müzakirələr bir qədər sonra hökumət təmsilçiləri ilə bir qrup haqqı deyən deputat arasında mübahisəyə çevrilib. Hökuməti tənqid atəşinə tutan deputatlar 2017-ci ildə qəbul edilmiş “özünü müdafiə və polisin silah işlətməsi” haqqında qanunun ləğvini tələb ediblər. “Necə olur ki, Almaniyada yollarda yoxlamalar zamanı son on ildə cəmi bir nəfərin öldürüldüyü halda, Fransada il yarım ərzində artıq onuncu belə hadisə baş verir” – deyə deputatlardan biri sual verib. Baş nazir Elizabet Born polisi müdafiə edib və bildirib ki, parlament üzvləri faciəni istismar edirlər. Daxili işlər naziri Jerald Dermanın isə insanların saxlanılan polisə dəstək üçün pul yığdıqlarını təsdiq edib. “Artıq 1,5 milyon avro ianə yığılıb və bunu dayandırmaq mənim işim deyil. Bunu mən sifariş etməmişəm. Pulun yığılmasını yalnız məhkəmə dayandıra bilər” – deyə nazir qeyd edib.
Teqlər:
"Fransa parlamentində hökumət üzvləri ilə bir qrup deputat arasında mübahisə olub"