Hakan Fidan İsveçin NATO-ya üzvlüyünün faydalı olacağına şübhə edir
Türkiyənin xarici işlər naziri Hakan Fidan iordaniyalı həmkarı Eymən əs-Safadi ilə Ankarada keçirdiyi mətbuat konfransında İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı məsələsinin daha çox şübhə doğurduğunu söyləyib.
"Operativ Media" xəbər verir ki, nazir Qurban bayramının ilk günündə Stokholmda “Qurani-Kərim”ə edilən alçaqcasına hücumu və Ankaranın bütün xəbərdarlıqlarına rəğmən bu mənfur hərəkətə göz yumulmasını bir daha qətiyyətlə qınadığını vurğulayıb. “Ciddi tədbirlər görülməyəcəyi təqdirdə bu, nə ilk, nə də son hadisə olacaq. Xüsusən, İsveçdə bu cür hərəkətlərin dövlət mühafizəsi və polisin nəzarəti altında edilməsi çox düşündürücü haldır. İsveçin NATO-a üzvlüyünün müzakirə edildiyi günlərdə bu ölkənin təxribatların qarşısını almağa qadir olmadığı və NATO-ya daha çox güc deyil, əksinə, problem gətirəcəyi həqiqətinin məlum olması baxımından bu məsələ həm strateji, həm də təhlükəsizlik nöqteyi-nəzərindən bizi düşünməyə vadar edir”. – deyə Hakan Fidan vurğulayıb.
Teqlər:
"Hakan Fidan İsveçin NATO-ya üzvlüyünün faydalı olacağına şübhə edir"