Menyu

KİV: Putin "Vaqner"ə nəzarəti gizli sevgilisi Alina Kabayevaya təhvil verib

KİV: Putin "Vaqner"ə nəzarəti gizli sevgilisi Alina Kabayevaya təhvil verib

Bir müddət Rusiya prezidenti Vladimir Putinin ən güvəndiyi adlarından biri olan “Vaqner”in qurucusu və lideri Yevgeni Priqojin son həftələrdə Moskva administrasiyasını hədəf almış və işğal altındakı bölgələri tərk edərək Moskvaya doğru hərəkət etmək qərarına gəlmişdi. Bu hadisə Rusiyada sabitliyin pisləşdiyinə işarə etsə də, Belarus lideri Lukaşenkonun müdaxiləsi ilə böhran sona çatdı. "Vaqner"in lideri Belarusa gedərkən Putin onun Rusiyadakı daşınmaz əmlakını və pullarını müsadirə edib.

"Operativ Media" xəbər verir ki, beynəlxalq mediada yer alan məlumatlara görə, Rusiya lideri Putin "Vaqner"dən müsadirə etdiyi biznesi bir müddət birlikdə olduğu sevgilisi Alina Kabayevaya təhvil verib.

Öyrənilib ki, bundan sonra "Vaqner"in bütün işləri ilə 40 yaşlı Kabayeva məşğul olacaq. Uğurlu gimnast kimi tanınan və bir müddət Putinlə gizli eşq yaşayan Kabayevanın Putindən ən azı 3 övladının olduğu da iddia edilib.

Rusiya ictimaiyyəti tərəfindən "taclı çarina" kimi tanınan Kabayeva son illərdə "Milli Media Qrupu" media şirkətinə rəhbərlik edir. 

Bildirilib ki, Kabayeva Priqojinə məxsus “Patriot Media Group” media şirkətini də idarə etməyə başlayacaq. Moskva rejiminin bu yolla "Vaqner"in təsirini azaltmağı hədəflədiyi iddia edilib.

Teqlər:

"KİV: Putin \"Vaqner\"ə nəzarəti gizli sevgilisi Alina Kabayevaya təhvil verib"

Əlaqəli Xəbərlər