Xaosun yaşandığı Fransada kütləvi aksiyalara çağırış edilib
Fransada siyasi partiyalar da daxil olmaqla 90 təşkilat 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsinə cavab olaraq iyulun 8-də ölkə boyu kütləvi nümayiş keçirməyə çağırıb. Eyni zamanda, indiyədək etirazlar zamanı ictimai məkanlarda 23 min 878 nöqtənin yandırıldığı deyilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib.
Məlumata görə, Fransada 90-a yaxın qurum və təşkilat “Ölkəmiz matəm və qəzəb içində” başlığı ilə birgə bəyanat yayıb. Bəyanatda xatırladılıb ki, polis iyunun 27-də Paris ətrafı Nanterredə Nael M. adlı gənci güllələyib.
"İctimaiyyətlə polis arasındakı ayrılığın kökü cəmiyyəti bürüyən və hələ də kökü kəsilməyən ədalətsizlik, qərəz, zorakılıq, ayrı-seçkilik, cinsiyyətçilik və sistemli irqçiliyin uzun bir tarixindən qaynaqlanır", - deyə təşkilatların yaydığı bəyanatda qeyd edilib.
Teqlər:
"Xaosun yaşandığı Fransada kütləvi aksiyalara çağırış edilib"