Menyu

Kiyevdə məhkəmə binasında partlayış törədilib

Kiyevdə məhkəmə binasında partlayış törədilib

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi məlumat yayıb. 

Məlumatda partlayışın yerli vaxtla saat 17.20-də paytaxtın Şevçenski rayon məhkəməsində baş verdiyi bildirilib.

İlkin məlumata görə, konvoyla məhkəməyə gətirilən təqsirləndirilən şəxs məhkəmənin tualetində naməlum partlayıcı maddəni işə salıb və hadisə yerinə təcili tibbi yardım qrupları göndərilib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko sosial media hesabından verdiyi açıqlamada polis qruplarının, xüsusi təyinatlıların və partlayıcı mütəxəssislərin hadisə yerində işə başladığını bildirib.

Partlayışın təfərrüatlarının aydınlaşdırılması istiqamətində işlərin davam etdiyinə diqqət çəkən Klimenko şəhər sakinlərini sakit olmağa və hadisə yerindən uzaq durmağa çağırıb.

Partlayış nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Teqlər:

"Kiyevdə məhkəmə binasında partlayış törədilib"

Əlaqəli Xəbərlər