Menyu

AEBA Zaporojye AES-dəki obyektləri yoxlamaq üçün əlavə icazə istəyib

AEBA Zaporojye AES-dəki obyektləri yoxlamaq üçün əlavə icazə istəyib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Zaporojye Atom Elektrik Stansiyasının obyektlərinin təftişi üçün əlavə çıxış tələb edib. Qurumun baş direktoru Rafael Qrossi bildirib ki, agentliyin mütəxəssisləri son günlər stansiyanın müəyyən hissələrinə, o cümlədən iri soyuducu hovuzların bəzi hissələrinə baxış və nüvə obyektində gəzinti təftişi həyata keçirib. Bu hadisələr zamanı onlar heç bir vizual minalanma əlamətlərini və ya partlayıcı maddələrin olmasını hiss etməyiblər. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri əraziyə əlavə giriş üçün sorğu təqdim ediblər. Onlar hesab edirlər ki, 3-cü və 4-cü reaktorların damlarına, eləcə də turbin zallarına və stansiyanın soyutma sisteminin hissələrinə çıxış əldə etmək vacibdir. Qeyd edək ki, son günlər Rusiya və Ukrayna bir-birini Avropanın ən böyük Atom Elektrik Stansiyasına hücuma hazırlaşmaqda ittiham edirlər.

Teqlər:

"AEBA Zaporojye AES-dəki obyektləri yoxlamaq üçün əlavə icazə istəyib"

Əlaqəli Xəbərlər