Menyu

Nərimanovda boş ərazidə yanğın başlayıb

Nərimanovda boş ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən "Operativ Media" ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, ərazidə quru ot və məişət tullantıları yanır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər