http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Polisin əməliyyatı ilə 44 nəfər saxlanıldı

06 İyul 2023 , 11:19
Polisin əməliyyatı ilə 44 nəfər saxlanıldı

Sabunçu rayonunda iyun ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 44 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib.

Qeyd edək ki, iyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu