Hakan Fidan İsveçi tənqid edib, NATO üzvlüyü məsələsinə aydınlıq gətirib
"Terror təşkilatlarının təxribat hərəkətlərə icazə verən bir ölkənin terrorla mübarizəyə necə töhfə verəcəyi müzakirəyə açıqdır".
"Operativ Media" xəbər verir ki, bunu Brüsseldə keçirilən NATO toplantılarına qatılan Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin NATO-ya üzvlük məsələsi ilə bağlı açıqlamasında verib.
Fidan İsveçdə terror təşkilatlarının fəaliyyətinin davam etdiyinə diqqət çəkib: "Qanunvericilikdə edilən dəyişikliklər Türkiyə üçün mənasızdır".
Hakan Fidan sözlərinə belə davam edib:
"NATO-ya üzv olmaq istəyən ölkələr terrorla mübarizədə qətiyyətli mövqe tutmalıdırlar. İsveç qanunvericilik dəyişiklikləri ilə bağlı addımlar atıb, lakin qanunvericilik dəyişiklikləri praktikada öz əksini tapmalıdır. Üçtərəfli Sazişin (Türkiyə-İsveç-Türkiyə arasında) tələblərinə ciddi şəkildə əməl edilməlidir. NATO üzvlüyü üçün Gələcək müttəfiqlər Türkiyəyə hərbi ləvazimatların ixracına sanksiyalar və ya məhdudiyyətlər tətbiq etməməlidirlər. Terror təşkilatlarının təxribat hərəkətlərə icazə verən bir ölkənin terrorla mübarizəyə necə fayda verəcəyi müzakirəyə açıqdır".
Teqlər:
"Hakan Fidan İsveçi tənqid edib NATO üzvlüyü məsələsinə aydınlıq gətirib"