Menyu

Rusiya XİN: "Fransadakı vəziyyət Avropanın təhlükəsizliyini təhdid etməməlidir"

Rusiya XİN: "Fransadakı vəziyyət Avropanın təhlükəsizliyini təhdid etməməlidir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransada böhranın və zorakılığın artmasından dərin narahat olduqlarını bildirib.

"Operativ Media" xəbər verir ki, sözçü Zaxarova paytaxt Moskvada gündəlikdəki məsələlərlə bağlı həftəlik mətbuat konfransı keçirib.

"Fransadakı vəziyyət ortaq Avropa qitəmizin təhlükəsizliyini təhdid etməməlidir", - Zaxarova bildirib.

Son illər Fransada əcnəbilərə və mühacirlərə qarşı düşmənçilik və antisemitizmin artdığını dilə gətirən Zaharova ölkədə insan haqlarının pozulduğunu və bu məsələnin BMT başda olmaqla beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qeyd edildiyini bildirib.

O, ölkəsinin Fransada yaşananlardan narahatlıq duyduğunu da qeyd edib.

Teqlər:

"Rusiya XİN: \"Fransadakı vəziyyət Avropanın təhlükəsizliyini təhdid etməməlidir\""

Əlaqəli Xəbərlər