Rusiya Finlandiya hökumətinə cavab olaraq 9 diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sankt-Peterburq Baş Konsulluğunda olan 9 finlandiyalı diplomat persona non-qrata elan edilib və deportasiya ediləcək.
Bəyanatda həmçinin əlavə edilib ki, Finlandiyanın “qarşıdurma” siyasətinə cavab olaraq St. Sankt-Peterburq Baş Konsulluğunda fəaliyyət dayandırılacaq.
Qeyd edək ki, Finlandiya iyunun 6-da Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatını casusluq fəaliyyəti ilə məşğul olduqlarını əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.