Livandan İsrailə, İsraildən Livana raket hücumları olub
Livan İsrailə 2 raket atdıqdan sonra İsrail əks hücuma keçərək Livana 15 artilleriya mərmisi atıb.
"Operativ Media" xəbər verir ki, Livan rəsmiləri İsrail-Livan sərhədindəki bölgəyə iki raket atıldığını açıqlayıb.
Atılan raketlərdən birinin Livanın şimalındakı Qacar kəndinə düşdüyü bildirilib.
"Livanın hücumlarına cavab olaraq, İsrail Müdafiə Qüvvələri hazırda raketlərin atıldığı Livan bölgəsinə hücum edir", - İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında qeyd edilib.