Menyu

Böyük Britaniya İrana yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya İrana yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya İranın təhlükəsizlik rəsmiləri və təşkilatlarına qarşı insan haqlarını pozduqları üçün yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyindən açıqlama verilib. 

Açıqlamada İrana qarşı yeni sanksiyaların insan haqlarına cavabdeh olan 13 şəxs və təşkilatı əhatə etdiyi bildirilib.

Bəyanatda qeyd edilib ki, sanksiyalar İranda işgəncə və qeyri-insani rəftara nəzarət edən həbsxana müdirlərini, müxaliflərdən şəxsi məlumat toplamaq vəzifəsi daşıyan təşkilatları və İranın məcburi hicab qanunları vasitəsilə qadınlara qarşı təzyiqlərə öncülük edənləri hədəf alıb.

Sanksiyalara səyahət qadağaları, eləcə də onların Böyük Britaniyadakı aktivlərinin dondurulması daxildi. 

Mövzu ilə bağlı İngiltərə xarici işlər naziri Ceyms Klaverli deyib: "İran rejimi öz xalqına təzyiq edir, Ukrayna və Yaxın Şərqə "qan" ixrac edir, Britaniya torpaqlarında insanları öldürüb qaçırmaqla hədələyir. Bu pis davranışa dözməyəcəyik və sizdən hesab soracağıq".

Qeyd edək ki, Britaniya aprelin 24-də İranın yüksək səviyyəli rəsmilərinin, o cümlədən İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) üzvlərinin insan haqlarının pozulmasına görə məsuliyyət daşıdığını bəyan edərək, ABŞ və Avropa İttifaqı (Aİ) ilə birgə sanksiyalar tətbiq etmək qərarına gəlmişdi.

Teqlər:

"Böyük Britaniya İrana yeni sanksiyalar tətbiq edib"

Əlaqəli Xəbərlər