http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycan və Əlcəzair XİN rəhbərləri arasında görüş olub (FOTO)

06 İyul 2023 , 23:09
Azərbaycan və Əlcəzair XİN rəhbərləri arasında görüş olub (FOTO)

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclası çərçivəsində ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətindən söz açılıb.

Bütün istiqamətlərdə münasibətlərin dərinləşdirilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin, hökumətlərarası iqtisadi komissiyaların iclasları və biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişafından məmnun olduğunu bildirib. Ölkəmizin COVID-19 pandemiyası ilə əlaqədar olaraq çətin bir dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə görə təbrik edən nazir Əhməd Attaf Hərəkatın təsisatlanması istiqamətində irəli sürdüyü təşəbbüsləri təqdir edib. Bu xüsusda, Hərəkat çərçivəsində müxtəlif platformaların yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.

Görüşdə habelə iki ölkə arasında enerji, kənd təsərrüfatı, əczaçılıq və tibbi texnika və digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu