Menyu

Terror təşkilatı PKK/YPG 2 gündə 17 uşağı qaçırıb

Terror təşkilatı PKK/YPG 2 gündə 17 uşağı qaçırıb

Terror təşkilatı PKK/YPG son 2 gündə Haseke və Hələb vilayətlərində zəbt etdikləri bölgələrdə 17 uşağı qaçıraraq zorla sıralarına cəlb edib.

"Operativ Media" xəbər verir ki, AA müxbirinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, terror təşkilatı Haseke və Hələb əyalətlərində uşaq qaçırma hərəkətlərini artırıb.

Ötən gün liseydə buraxılış imtahanından sonra Haseke şəhər mərkəzində 6 uşağı qaçıran terrorçular bu gün Kamışlı rayonundan 7, Hələbin Manbiç rayonundan isə 4 uşağı ailələrindən alıblar. Beləliklə, PKK/YPG son 2 gündə 17 uşağı zorla sıralarına qatıb.

Saxlanılan gənclərin Hasekenin Malikiyye (Derik) rayonunun Han el-Cebel kəndindəki sözdə təlim düşərgələrinə aparıldığı məlum olub.

BMT-nin 2022-ci ilin yanvar-dekabr dövrünə aid "İllik Uşaqlar Silahlı Münaqişələrdə" hesabatında terror təşkilatı PKK və onun Suriyadakı uzantısı SDG və YPG-nin 2022-ci ildə 1200-dən çox uşağı əsgər kimi istifadə etdiyi açıqlanıb.

Hesabatda PKK-nın Suriya qolu olan SDG-nin 637, PKK/YPG və SDG-yə bağlı təşkilatların isə 633 uşağı heyətinə qatdığı qeyd edilib.

Teqlər:

"Terror təşkilatı PKK/YPG 2 gündə 17 uşağı qaçırıb"

Əlaqəli Xəbərlər