Meksikada avtobus uçuruma yuvarlanıb, 29 nəfər ölüb
Meksikanın Oaxaka şəhərində sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində 29 nəfər ölüb.
"Operativ Media" dünya mətbuatına xəbər verir ki, qəzada, həmçinin 19 nəfər yaralanıb.
Oaxaca Ştat Baş Prokurorluğundan (FGE) verilən açıqlamada qəza ilə bağlı istintaqın davam etdiyi bildirilib.
Səlahiyyətlilər xəstəxanalarda müalicəsi davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğunu və ölənlərin sayının artmasından narahat olduqlarını bildirib.
Teqlər:
"Meksikada avtobus uçuruma yuvarlanıb 29 nəfər ölüb"