Menyu

Ərdoğan və Zelenskinin İstanbul görüşündə danışılacaq məsələlər açıqlanıb

Ərdoğan və Zelenskinin İstanbul görüşündə danışılacaq məsələlər açıqlanıb

Ukrayna böhranının həlli perspektivləri Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski arasında bu gün İstanbulda keçiriləcək danışıqların əsas mövzusu olacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasından məlumat verilib. Tərəflər həmçinin iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasını da müzakirə edəcəklər. Ankaranın fikrincə, Türkiyə liderinin həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Zelenski ilə yaxşı şəxsi münasibətləri münaqişənin həllinə kömək edə bilər. Qeyd edək ki, sıx təmaslar sayəsində əvvəllər taxılla bağlı İstanbul müqavilələrinin müddətini dəfələrlə uzatmaq mümkün olub. Ərdoğan və Zelenski sonuncu dəfə 2022-ci ilin avqustunda Lvovda görüşüb. Görüşdə BMT-nin baş katibi Antonio Quterreş də iştirak edib.

Teqlər:

"Ərdoğan Zelenskinin İstanbul görüşündə danışılacaq məsələlər açıqlanıb"

Əlaqəli Xəbərlər