Ana səhifə / Dünya / Türkiyədə yük maşını ilə avtobus toqquşub, çox sayda yaralı var Türkiyədə yük maşını ilə avtobus toqquşub, çox sayda yaralı var 07.07.2023, 07:01 Türkiyənin Bolu şəhərində yük maşını ilə sərnişin avtobusu toqquşub. "Operativ Media" xəbər verir ki, qəza nəticəsində azı 18 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları, xilasedicilər və polislər cəlb edilib. Xilasedicilər bir neçə nəfəri deformasiyaya uğramış avtobusdan çıxarıblar. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Qəzanın səbəbi hələki məlum deyil. Araşdırma aparılır. Teqlər: "Türkiyədə yük maşını ilə avtobus toqquşub çox sayda yaralı var"