Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxunub
Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub.
"Operativ Media" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hakimlər kollegiyası müşavirədən qayıdaraq hökmü elan edib.
Hökmə əsasən, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dünən keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə 12 il cəza istəyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net