Türkiyə xarici işlər naziri Hakan Fidan Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra ilə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Hoekstra həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.
Hoekstra öz "Twitter" hesabında Hakan Fidan ilə görüşündən məmnun olduğunu bildirib: "Güclü ikitərəfli əlaqələrimiz və bu ilin əvvəlində baş verən dağıdıcı zəlzələdən sonra Türkiyədəki vəziyyət haqqında danışdıq. Ümumi təhlükəsizliyə bağlılığımızı bir daha təsdiqlədik. NATO ortağı olaraq NATO-nun genişlənməsini müzakirə etdik".