Macarıstanın baş naziri Viktor Orban İsveçin NATO üzvlüyü ilə bağlı həm NATO, həm də Türkiyə ilə təmasda olduqlarını bildirib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada görüşlər keçirən Orban İsveçin NATO üzvlüyü ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Biz bu məsələ ilə bağlı NATO-nun baş katibi (Yens Stoltenberq) və Türkiyə ilə müntəzəm əlaqə saxlayırıq, nəsə lazım olduqda danışıqlar aparırıq və Macarıstan öz qərarlarını gecikdirmir”, - Orban bildirib.
Macarıstan hökumətinin İsveçin NATO üzvlüyü ilə bağlı müsbət qərar verdiyini və bu ölkəni dəstəklədiyini bildirən Orban bu qərarın hələ parlamentdən keçmədiyini bildirib.