Stoltenberq: "Türkiyə ilə İsveç arasında fikir ayrılıqları var"
"İsveçin NATO-ya qəbulu ilə bağlı Türkiyə ilə İsveç arasında hələ də həll olunmamış fikir ayrılıqları var".
"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Stoltenberq bildirib.
Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında dünən Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və milli təhlükəsizlik müşavirlərinin qatıldığı görüşlə bağlı sualı cavablandırıb. Görüşü "yaxşı və konstruktiv" qiymətləndirən NATO baş katibi irəliləyiş əldə etdiklərini, lakin hələ də aradan qaldırılmalı olan çatışmazlıqların olduğunu bildirib.
“Bu səbəbdən prezident Ərdoğan və baş nazir Kristerssonu bazar ertəsi Vilnüsdəki görüşə dəvət etdim. Orada üçümüz ekspertlərimizin müşayiəti ilə təfərrüatları araşdırmaq, Türkiyə ilə İsveçin mövqeləri arasında fikir ayrılıqlarının olduğu konkret məsələləri müzakirə etmək üçün görüşəcəyik. Bu, fikir ayrılıqlarını həll etməyin ən yaxşı yoludur”, - Stoltenberq əlavə edib.
Teqlər:
"Stoltenberq: \"Türkiyə ilə İsveç arasında fikir ayrılıqları var\""