Çində təsirli olan istilər səbəbindən 4 nəfər həyatını itirib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən Hebey əyalətində həddindən artıq istilər səbəbindən 2 nəfər ölüb.
Ştatda həddindən artıq istilərə qarşı "qırmızı xəbərdarlıq" verilib. Bəzi şəhərlərdə temperaturun 40-43 dərəcəyə çata biləcəyi bildirilib.
Bu il Hebeydə müşahidə olunan ən yüksək temperatur Şitszyuanq şəhərinin Pinqşan rayonunda 43,7 dərəcə Selsi olaraq qeydə alınıb.
Çinin paytaxtı Pekində də 2 nəfər istidən ölüb. Pekində 9 gün ərzində 35 dərəcədən yuxarı temperatur qeydə alınıb.