Menyu

Pakistanda musson yağışları nəticəsində 50 nəfər ölüb

Pakistanda musson yağışları nəticəsində 50 nəfər ölüb

Pakistanda təsirli musson yağışları səbəbindən iyunun 25-dən bu yana 14-ü uşaq olmaqla 50 nəfər həyatını itirib, 87 nəfər isə yaralanıb.

"Operativ Media" xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) verdiyi açıqlamaya görə, musson yağışları ölkə daxilində həyata mənfi təsir edib.

İyunun 25-dən bəri Pəncab əyalətində güclü yağışlar nəticəsində 10-u uşaq olmaqla 34 nəfər, Hayber Paxtunxva əyalətində isə 4-ü uşaq olmaqla 10 nəfər ölüb.

Bəlucistanda 5 nəfər, Azad Cammu və Kəşmirdə isə 1 nəfər ölüb.

Davam edən yağışlar nəticəsində 60-dan çox evə ziyan dəyib.

Hər il iyun-sentyabr aylarında baş verən musson yağışları Pakistana böyük ziyan vurur.

Teqlər:

"Pakistanda musson yağışları nəticəsində 50 nəfər ölüb"

Əlaqəli Xəbərlər