Ərdoğan-Zelenski görüşü başlayıb - YENİLƏNİB
Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında görüş başlayıb.
"Operativ Media" xəbər verir ki, görüş hazırda Vahdettin köşkündə keçirilir.
İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq.
*** 22:28
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Zelenski öz "Twitter" hesabında qeyd edib.
Ukrayna prezidenti bildirib ki, onlar prezident Ərdoğanla sülh formulu, NATO sammiti, təhlükəsizlik zəmanətləri, Taxıl sazişi, Ukraynanın yenidən qurulması və Türkiyə və Ukrayna şirkətləri arasında müdafiə müqavilələri ilə bağlı mövqelərin koordinasiyasını müzakirə edəcəklər.
Qeyd edək ki, Ərdoğan və Zelenski Vahdettin köşkündə ikitərəfli görüş keçirəcək.
İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq.
Danışıqlardan sonra Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Zelenski dünən Çexiyaya, bu gün isə Slovakiyaya səfər edib.