Elon Mask Çinin süni intellekt sahəsindəki irəliləyişindən danışıb
Elon Mask Çinin süni intellekt sənayesinin inkişafını yüksək qiymətləndirib.
"Operativ Media" xəbər verir ki, Mask videobağlantı vasitəsilə iştirak etdiyi Dünya Süni İntellekt Konqresinin açılış mərasimində çıxış edib.
Tesla-nın baş direktoru bildirib ki, Çin gələcəkdə süni intellekt sahəsində güclü təcrübəyə malik olacaq, çünki ölkədə çoxlu ağıllı insanlar var.
O, eyni zamanda, süni intellekt sənayesinin dünya səviyyəsində tənzimlənməsinə çağırıb.
Mask həmçinin bildirib ki, Tesla L4 və ya L5 modellərində özünü idarə etmə imkanları sayəsində bu ilin sonunda tam avtonom idarəetməyə nail olacaq.
ABŞ-də sınaqdan keçirilən Tesla avtomobillərinin insan müdaxiləsi tələb etməsinin nadir hal olduğunu bildirən Mask, Tesla-nın sürücüsüz texnologiya lisenziyasını digər avtomobil istehsalçılarına vermək istədiyini də bildirib.
Teqlər:
"Elon Mask Çinin süni intellekt sahəsindəki irəliləyişindən danışıb"