Blinken Lavrovla mümkün görüşü ilə bağlı şərh verməkdən çəkinib
ABŞ Dövlət Departamenti İndoneziyada keçiriləcək ASEAN görüşləri zamanı katib Antoni Blinkenin iştirakı barədə şərh verməyəcək.
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentindən yüksək rütbəli rəsmi deyib.
"Bu gün Blinkenin ASEAN iclaslarında və ya onun kənarında kiminlə görüşə və ya görüşməyəcəyinə dair açıqlama verəcəyim bir şey yoxdur. Bildiyiniz kimi, bu görüşlər zamanı müxtəlif tərəflərlə görüşlərin keçirilməsi tamamilə təbii prosesdir. Bir sıra ikitərəfli görüşlər var, amma bu gün bunu açıqlayacaq məlumatım yoxdur. Yəqin ki, tədbirin özünə yaxınlaşdıqdan sonra Katibin qalan cədvəli haqqında daha çox deyəcəyimiz şeylər olacaq”, - Dövlət Katibinin Şərqi Asiya üzrə köməkçisi və Sakit Okean Məsələləri üzrə mütəxəssis Daniel Kritenbrink Blinkenin rusiyalı və ya çinli həmkarları ilə görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 13-14-də Cakartada keçiriləcək ASEAN görüşlərində iştirak edəcək. Zaxarovanın sözlərinə görə, Rusiyanın səyləri onun Asiya-Sakit Okean regionunda maraqlarının təşviqinə, bu regionda dövlətlərarası münasibətlərin balanslaşdırılmış və bərabərhüquqlu regional arxitekturasının qorunmasına yönəldiləcək.