http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib

08 İyul 2023 , 14:16
Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib

Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib. 

"Operativ Media" nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı "Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası"na dəyişiklik edib. 

İndiyə qədər idarənin müdiriyyəti və ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi fərdi dozaların üzərində radiasiya nəzarətinin vaxtında və keyfiyyətlə keçirilməsinə, habelə şüalanma yüklərinin uçotu üzrə sənədlərin düzgün aparılmasına müntəzəm nəzarət etməli idilər. Dəyişikliyə əsasən, müəssisə və təşkilatlar tərəfindən ilin sonunda (növbəti ilin yanvar ayının 15-dək) ionlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim edilməlidir. 

Əgər indiyə qədər fərdi dozaların normadan artıq yüksək olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs bu barədə idarənin rəhbərliyinə, idarə rəhbərliyi isə öz növbəsində ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsinə məlumat verməli idisə, dəyişikliyə əsasən artıq fərdi şüalanma dozalarının normadan artıq olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs dərhal bu barədə müəssisənin (və ya təşkilatın) rəhbərliyinə, müəssisənin (və ya təşkilatın) rəhbərliyi isə öz növbəsində Fövqəladə Hallar Nazirliyinə məlumat verməlidir. 

İndiyə qədər əhali və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə təbii və ya texnogen dəyişdirilmiş radiasiya fonu normadan artıq olan yerlərdə kollektiv fərdi dozimetrlərdən istifadə etməklə həmin ərazidə radiasiya nəzarəti müvafiq olaraq ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi və idarə müdiriyyəti tərəfindən aparılıb. Artıq əhalinin və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu yüksək olan yerlərdə radiasiya nəzarəti həmin ərazidə aparılan radioloji ölçmələrin nəticələrinə görə yerinə yetirilən qiymətləndirmə əsasında müvafiq olaraq Fövqəladə Hallar Nazirliyi və müəssisənin (və ya təşkilatın) rəhbərliyi tərəfindən aparılacaq.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu