ABŞ: "Ukraynanın Rusiyaya qarşı özünü müdafiə qabiliyyəti yüksəkdir"
"Birləşmiş Ştatlar Rusiya hökumətinə sanksiyalar, ixrac nəzarəti və Kremlin mübarizə qabiliyyətinə təsir edəcək digər tədbirlər vasitəsilə beynəlxalq hüququn pozulmasına görə cavabdehliyi təşviq edəcək".
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Rusiya-Ukrayna müharibəsinin 500-cü günü münasibəti ilə yaydığı açıqlamada deyilir.
“Ukraynada 500 gün müqavimət” başlıqlı açıqlamada Ukraynanın Rusiyaya qarşı özünü müdafiə qabiliyyəti yüksək qiymətləndirilib.
Ukraynaya təhlükəsizlik, iqtisadi və digər sahələrdə yardımların davam edəcəyi vurğulanan açıqlamada bildirilib: “Bu yardımlarla Ukraynanın özünü müdafiə etməyə davam etməsi və vaxtı gələndə danışıqlar masasında mümkün olan ən güclü mövqedə ola bilməsi mümkün olacaq”.
Teqlər:
"ABŞ: \"Ukraynanın Rusiyaya qarşı özünü müdafiə qabiliyyəti yüksəkdir\""