Menyu

KİV: Almaniya Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınmasının lehinədir

KİV: Almaniya Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınmasının lehinədir

NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı Almaniya, Rusiya ilə müharibəyə səbəb ola biləcəyi qorxusu ilə Ukraynanın NATO-ya üzvlük cəhdinin təxirə salınmasının tərəfdarı olacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə "The Telegraph" adı açıqlanmayan NATO mənbəsinə istinadən xəbər verir.

"Berlin Ukraynanın üzvlüyünü mahiyyətcə bloklamaq üçün zəmanətlərin hazırlanması üçün proses və vaxt istəyir", - mənbə vurğulayıb.

“The Daily Telegraph” yazır ki, ABŞ, Böyük Britaniya və Aİ dövlətləri hazırda NATO-ya daxil olmayacağı təqdirdə, Kiyevin müdafiəsinə kömək etmək üçün bir sıra ikitərəfli təhlükəsizlik təklifləri hazırlayırlar.

Eyni zamanda, bir sıra Şərqi Avropa liderləri, o cümlədən Estoniyanın baş naziri Kaja Kallas hesab edir ki, Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya üzvlük üçün yol xəritəsi təklif edilməlidir.

Teqlər:

"KİV: Almaniya Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınmasının lehinədir"

Əlaqəli Xəbərlər