Menyu

Ərzincanda toydan qayıdan mikroavtobus aşıb, 4 nəfər ölüb

Ərzincanda toydan qayıdan mikroavtobus aşıb, 4 nəfər ölüb

Ərzincanda mikroavtobusun şarampole aşması nəticəsində qohum olduqları öyrənilən 4 nəfər ölüb, aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobus Ərzincan-Sivas yolunun 40 km-də, Sakaltutan Geçidi məntəqəsində aşıb.

Hadisə yerinə sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib.

Qəzada mikroavtobusun sürücüsü, sərnişinlər Mukaddes K., Erkan K. və Mehmet K. ölüb, aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb.

Mikroavtobusdakı şəxslərin toy məclisində iştirak etmək üçün getdikləri İstanbuldan Ərzuruma qayıtdıqları öyrənilib.

Teqlər:

"Ərzincanda toydan qayıdan mikroavtobus aşıb 4 nəfər ölüb"

Əlaqəli Xəbərlər