Menyu

Yaponiyada leysan yağışlardan sonra 370 min insan təxliyə edilir

Yaponiyada leysan yağışlardan sonra 370 min insan təxliyə edilir

Yaponiyanın Qərbi Şimane əyalətində güclü yağışlardan sonra 370 min insanın təxliyə edilməsinə çağırılıb. Belə ki, Ştatın İzumo şəhərində yağış səbəbindən müxtəlif nöqtələrdə ümumilikdə 15 torpaq sürüşməsi baş verib. Şəhər üzrə 20 rayon çay daşqınlarından mənfi təsirlənib.

"Operativ Media" xəbər verir ki, yerli bələdiyyənin açıqlamasına görə, İzumo şəhərinin 4 rayonu daşqınlar nəticəsində magistral yollara çıxışın itirilməsi səbəbindən mərkəzlə əlaqədən təcrid olub.

Yaponiya Meteorologiya Agentliyi ölkənin Şimane əyalətində yerli leysanların güclənməsindən sonra 370 min insanın təxliyəsini tələb edib. Qurum sürüşmə və daşqınların davam edə biləcəyi ilə bağlı xəbərdarlıqlarını davam etdirib.

Ölkənin Kyuşu bölgəsinin müxtəlif şəhərlərində həftənin əvvəlində yağan güclü yağışlar nəticəsində 360 nəfərin təxliyəsi tələb olunub.

Yaponiyada "gavalı yağışları" kimi tanınan yağış mövsümü mayın sonundan iyulun ortalarına qədər davam edir.

Teqlər:

"Yaponiyada leysan yağışlardan sonra 370 min insan təxliyə edilir"

Əlaqəli Xəbərlər