Los-Anceles yaxınlığında şəxsi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığındakı hava limanında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, Federal Aviasiya İdarəsindən verilən açıqlamada təyyarənin qəzaya uğramasından dərhal sonra alovlandığı və təyyarədə olan 6 nəfərin hadisə yerində öldüyü bildirilib.
Las-Veqasdan yola düşdüyü bildirilən "Cessna C550" tipli şəxsi təyyarənin saat 04:15 radələrində qəzaya uğradığı açıqlanıb.
Həyatını itirənlərlə bağlı təfərrüat verilməsə də, Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırma başladıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net