Menyu

Almaniyada festivalda insident yaşanıb, 26 polis yaralanıb

Almaniyada festivalda insident yaşanıb, 26 polis yaralanıb

Almaniyanın Frankfurt şəhərinin şimalında yerləşən Gissen şəhərində keçirilən Eritreya Mədəniyyət Festivalında yaşanan insident zamanı 26 polis əməkdaşı yaralanıb. Belə ki, Eritreya Mədəniyyət Festivalının avtoritar Eritreya rejiminin təbliğat vasitəsi kimi istifadə edilməsinə etiraz edən nümayişçilər və polis arasında toqquşma olub. 

"Operativ Media" xəbər verir ki, ötən gün saatlarla davam edən qarşıdurma nəticəsində yaranan izdihamı yatırmaq üçün dəyənək və bibər qazından istifadə edən polis 100-dən çox etirazçını saxlayıb.

Etirazçıların polisə şüşə və daş atdıqları, bəzi avtomobillərə ziyan vurduğu, şəhər mərkəzinin isə nəqliyyatın hərəkətinə bağlandığı bildirilib.

Qeyd edək ki, keçən il oxşar hadisə baş verəndən sonra şəhər rəsmiləri festivalın davam etməsinə mane olmağa çalışsalar da, yerli məhkəmə qadağanı ləğv edib. 

Eritreyalılar Avropa Birliyi ölkələrində məskunlaşmaq istəyən afrikalı mühacirlərin ən böyük qruplarından biridir. Almaniya son illərdə bir çox eritreyalıya sığınacaq verib.

Teqlər:

"Almaniyada festivalda insident yaşanıb 26 polis yaralanıb"

Əlaqəli Xəbərlər