Menyu

Tunis sahillərində miqrant gəmisi batıb, ölən və yaralananlar var

Tunis sahillərində miqrant gəmisi batıb, ölən və yaralananlar var

İtaliyaya gedən immiqrantları daşıyan qayıq Tunis sahillərində batıb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, bir nəfər ölüb. İtkin düşənlərin axtarışına başlanılıb.

Səlahiyyətlilər gəminin Tunisin Zarsis şəhərindən İtaliyaya getmək üçün yola düşdüyünü, lakin naməlum səbəbdən batdığını bildirib.

Qayıqda olan 11 immiqrant xilas edilərkən, 1 nəfərin cansız cəsədi tapılıb. Bununla belə, 10 nəfərin itkin düşdüyü bildirilir.

Qruplar axtarış-xilasetmə işlərini davam etdirərkən, qayığın batmasının səbəbi araşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər