Menyu

ABŞ İŞİD lideri Usamə əl-Muhacirin öldürüldüyünü açıqlayıb

ABŞ İŞİD lideri Usamə əl-Muhacirin öldürüldüyünü açıqlayıb

ABŞ İŞİD lideri Usamə əl-Muhacirin iyulun 7-də Suriyanın şərqində öldürüldüyünü açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 

Məlumata görə, cümə günü Suriyanın şərqində hava hücumu təşkil edilib və İŞİD terror təşkilatının lideri Usamə əl-Muhacir motosikletdə hərəkət edərkən öldürülüb.

CENTCOM-un komandiri general Michael Erik Kurilla mövzu ilə bağlı açıqlama verib: "Bölgədə İŞİD-i məğlub etmək əzmində olduğumuzu açıq şəkildə bildirdik. İŞİD təkcə region üçün deyil, regiondan çox-çox kənarda da təhlükə yaradır".

CENTCOM-dan verilən açıqlamada, hücumun MQ-9 pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi, İHA-nın Rusiya təyyarələrinin təqib etdiyi İHA olduğu bildirilib. Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Hücumda hər hansı mülki vətəndaşın öldüyünə dair heç bir əlamət yoxdur və koalisiya bir mülki vətəndaşın yaralanması ilə bağlı xəbərləri qiymətləndirir. Hücum İŞİD-in terror hücumlarını planlaşdırmaq və həyata keçirmək imkanlarını pozacaq və azaldacaq.

Bununla belə, CENTCOM-un İraq və Suriyadakı müştərək qüvvələrlə birlikdə İŞİD-ə qarşı əməliyyatları təşkilatı daimi məğlubiyyətə uğratmaq məqsədi ilə davam edəcək. Cümə günü hücum Rusiya təyyarələri tərəfindən təqib edilən MQ-9 tərəfindən həyata keçirilib".

Teqlər:

"ABŞ İŞİD lideri Usamə əl-Muhacirin öldürüldüyünü açıqlayıb"

Əlaqəli Xəbərlər