Fransa Ukraynaya dəstək üçün yeni yardım paketi üzərində işləyir
Fransa Ukraynaya yeni hərbi yardım paketi üzərində işləyir və Kiyevə dəstəyini davam etdirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.
O, RFI radiostansiyasına müsahibəsində deyib: "Yeni hərbi yardımın çatdırılması Ukraynanın təcili ehtiyaclarını nəzərə alaraq planlaşdırılır".
Ancaq diplomat hansı silahların veriləcəyini açıqlamayıb.
Qarşıdan gələn NATO sammitinə toxunan diplomat qeyd edib ki, Fransa NATO-ya inteqrasiya prosesi ilə birlikdə tərəfdaşlarla Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri üzərində işləyir.
Teqlər:
"Fransa Ukraynaya dəstək üçün yeni yardım paketi üzərində işləyir"