Menyu

Lavrentyev: "Əsəd və Ərdoğan Putinin iştirakı ilə görüşə bilər"

Lavrentyev: "Əsəd və Ərdoğan Putinin iştirakı ilə görüşə bilər"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün yol xəritəsi üzərində iş bitdikdən sonra görüş keçirə bilərlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya nizamlanması üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

O, Əl-Ərəbiyyə telekanalına müsahibəsində Suriya ilə Türkiyə arasında normallaşma prosesinin müsbət davam etdiyini qeyd edib. Belə ki, əvvəlcə ekspert iclası təşkil olunub. Daha sonra müdafiə nazirlərinin üçtərəfli görüşü olub və xarici işlər nazirlərinin müavinlərinə yol xəritəsi üzərində işləmək tapşırılıb: "İndi yol xəritəsini canlandırmaq üçün işlər aparılır".

"Tərəflər bu işi başa vurduqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə lideri Ərdoğanla Suriya lideri Əsəd arasında görüş təşkil etmək baxımından prezidentlərə nəticələr barədə məlumat veriləcək", - Lavrentyev qeyd edib.

Teqlər:

"Lavrentyev: \"Əsəd Ərdoğan Putinin iştirakı ilə görüşə bilər\""

Əlaqəli Xəbərlər