Banqladeşdə 50 milyondan çox vətəndaşın şəxsi məlumatları sızdırılıb
Banqladeşdə 50 milyondan çox vətəndaşın barmaq izləri və identifikasiya nömrələri də daxil olmaqla şəxsi məlumatları hökumətin saytından sızdırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.
Məlumata görə, 50 milyon banqladeşlinin şəxsi məlumatlarının sızdırılmasını Cənubi Afrikada yerləşən "Bitcrack Cybersecurity" firmasının eksperti Viktor Markopoulos aşkar edib.
Markopoulos məsələni Banqladeş Elektron Hökumətinin Kompüter İnsidentlərinə Müdaxilə Qrupuna çatdırıb.
Sızdırılan şəxsi məlumatlara vətəndaşların adları, barmaq izləri, telefon nömrələri və şəxsiyyət vəsiqəsinin nömrələri daxildir.
Markopoulos mətbuata verdiyi açıqlamada, veb saytında zəifliyi taparaq məlumatlara daxil olmağın çox asan olduğunu söyləyib.
Banqladeş E-Hökumət Kompüter İnsidentlərinə Müdaxilə Qrupunun İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Sukanta Çakraborti bildirib ki, onun qurumu təhlükəsizlik pozuntusunun olub olmadığını araşdırır və məlumat sızmasının hansı səbəbdən qaynaqlandığını müəyyən etməyə çalışır.
Teqlər:
"Banqladeşdə 50 milyondan çox vətəndaşın şəxsi məlumatları sızdırılıb"