Liviya: "İtaliya mülki aviasiyamıza tətbiq etdiyi 10 illik embarqonu ləğv etdi"
Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe İtaliya hökumətinin Liviya mülki aviasiyasına 10 ilə yaxındır tətbiq etdiyi embarqonu ləğv etdiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Dibeybe rəsmi "Facebook" səhifəsində paylaşdığı yazılı açıqlamada sentyabrdan uçuşların bərpa ediləcəyini bildirib.
"İtaliya hökuməti 10 il əvvəl Liviya mülki aviasiyasına qoyulan hava qadağasını ləğv etmək və gələn sentyabrda uçuşları bərpa etmək qərarını bizə çatdırdı", - diplomat deyib.
Dibeybe İtaliyanın baş naziri Giorgia Meloni və embarqonun aradan qaldırılmasında əməyi olan hər kəsə təşəkkür edib.
İtaliya hökuməti məsələ ilə bağlı şərh verməyib.
Qeyd edək ki, Liviyanın baş naziri Dibeybe iyunun 7-də İtaliyaya rəsmi səfəri zamanı Meloni ilə enerji, təhlükəsizlik və infrastruktur sahələrində anlaşma memorandumları imzalayıb.
İkili, həmçinin İtaliyada Liviya mülki aviasiyasına hava embarqosunun aradan qaldırılması üzrə ikitərəfli komitələrin işlərini müzakirə ediblər.
Xatırladaq ki, 2014-cü ildə Avropa Komissiyası təhlükəsizlik nəzarəti ilə bağlı səbəblərə görə Liviya Hava Yollarına məxsus təyyarələrin Avropa İttifaqına üzv ölkələrin hava məkanından keçməsini qadağan edib.
Teqlər:
"Liviya: \"İtaliya mülki aviasiyamıza tətbiq etdiyi 10 illik embarqonu ləğv etdi\""