"Operativ Media" xəbər verir ki, İsfahan şəhərindəki Najvan əyləncə parkında yelləncəklər havada ikən qırılıb. Nəticədə insanlar yerə çırpılıb. Onların köməyinə ətrafdakılar gəlib. İlkin məlumata görə 9 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti orta ağırdır.