04 Noyabr 2022, 16:26
Rusiyada səfərbərlik çərçivəsində ağır cinayət törətmiş şəxslər orduya cəlb olunub
Rusiyada səfərbərlik çərçivəsində ağır cinayət törətmiş şəxslər orduya cəlb olunub şəkil
Rusiyada səfərbərlik çərçivəsində ağır cinayət törətmiş şəxslər orduya cəlb olunub

Rusiya Prezidenti Vladimir Putin səfərbərlik çərçivəsində bir sıra ağır cinayətlərə görə götürülməmiş məhkumluğu olan vətəndaşların hərbi xidmətə cəlb edilməsinə icazə verən federal qanunu imzalayıb.

"Operativ Media" xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq informasiya internet portalında dərc olunub.

Qanunda nəzərdə tutulub ki, səfərbərlik çərçivəsində hərbi xidmətə çağırış ağır cinayətlərə görə götürülməmiş və ya çəkilməmiş məhkumluğu olan vətəndaşlar üçün də nəzərdə tutulub. Cinayət Məcəlləsinin bir sıra maddələri istisna təşkil edəcək.

Belə ki, dövlətə xəyanət, casusluq, zorakılıqla hakimiyyəti ələ keçirmə, silahlı üsyan, dövlət xadiminin həyatına qəsd, terror aktı törətmə, girov götürmə, qanunsuz silahlı birləşmə təşkil etmə, habelə yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı əleyhinə cinayətlərə görə ləğv edilməmiş məhkumluğu olan rusiyalıların səfərbərlik çərçivəsində çağırışa cəlb etmək mümkün olmayacaq.

Son xəbərlər
Bakı-Quba yolunda zəncirvari qəza ölümə səbəb olub
Rubio: Xəzər interkonnektorunu tamamlamaq ABŞ-nin marağındadır
Cevdet Yılmaz Ədalət Vəliyevi qəbul edib
Ermənistanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi